İnsanlara hürriyət, millətlərə istiqlal!

60 şəhərdə Fələstin üçün milyonluq yürüşlər başlayır - kimlər qoşulacaq...

Türkiyədə 6 oktyabr tarixində 60-dan çox şəhərdə Fələstinə dəstək yürüşləri keçiriləcək.

Musavat.com xəbər verir ki, Anadolu Sivil Cəmiyyət Təşkilatları Platformunun təşkilatçılığı ilə baş tutacaq yürüşlərdə İsrailin 7 oktyabr 2023 tarixindən bəri davam edən hücumlarına və Fələstində yaşanan humanitar böhrana diqqət çəkiləcək.

Türk və Fələstin bayraqları ilə keçiriləcək yürüşlərə müxtəlif peşə sahələrindən insanlar qoşulacaq. Ankara başda olmaqla bir çox şəhərdə keçiriləcək yürüşlərdə, İsrail və onu dəstəkləyən ölkələrə qarşı etirazlar təşkil ediləcək. Ankara yürüşündə təxminən 1 milyon iştirakçı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR