İnsanlara hürriyət, millətlərə istiqlal!

60 gündə ilk dəfə! Dəqiq kəşfiyyat məlumatları ilə Rusiya əraziləri vurulur!

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “European Pravda” qəzetinə müsahibəsində bildirib ki, Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün, ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb: “ Təhlükəsizlik baxımından bununla bağlı çox xəbər verilməyəcək. Amma biz Ukraynanı bu silahlarla təmin etmək öhdəliyimizə sadiqik. Mən çox yaxşı xatırlayıram ki, müharibə başlayandan iki gün sonra prezident Zelenski mənə zəng edərək Ukraynaya silah verilməsini koordinasiya etməyi xahiş etdi. Aİ üçün çox çətin qərar idi, biz bunu əvvəllər etməmişdik. Ancaq biz bunu bir neçə saat ərzində etdik!”- Mişel qeyd edib.

Maraqlıdır, Qərbin Ukraynanı silahlandırması Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? Müharibə Ukraynanın xeyrinə dəyişəcək, yoxsa Rusiya üstünlüyünü qoruya biləcək?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Sitat.info-ya açıqlamasında bildirib ki, Ukrayna hücum xarakterli silahlar aldıqca müharibə Ukraynanın xeyrinə dəyişə bilər: “Təsadüfi deyil ki, son vaxtlar Rusiya ərazisi vurulur. Bunun hamısı Qərbin modern texnologiyalarla kəşfiyyat xarakterli materilalları əldə etməsi və Ukrayna ilə bölüşməsinin nəticəsidir. Amerikanın müdafiə naziri Kiyevə səfər edən zaman deyib ki, Ukraynaya müasir hücum silahları daha çox veriləcək və bu müharibənin taleyini dəyişə bilər".

Politoloq vurğuladı ki, Rusiya işğal etdiyi əraziləri nəzarətdə saxlamaq istəyir, amma, hadisənin gedişi göstərir ki, Rusiya silahlıları NATO silahlılarından xeyli dərəcədə geri qalırlar: "Bu baxımdan Ukrayna ordusu lazım olan hücum silahlarını əldə edərsə, müharibənin taleyində kiçik də olsa  dönüş yarada bilər. Düzdür, bu müharibənin nəticəsinə təsir etməyə də bilər. Amma istənilən halda dönüş yarada bilər. Ukrayna uğurlu əks-hücum həyata keçirmək imkanına malik ola bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR