İnsanlara hürriyət, millətlərə istiqlal!

6 dövlət informasiya ehtiyatının fəaliyyəti dayandırıldı, səbəb... - Ekspertdən İLGİNC AÇIQLAMA

İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dayandırılıb. 

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı açıqlamada deyilir.

Məlumata görə, aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb. 

Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Ekspert Osman Gündüz Musavat.com-a açıqlama verərək mövzunu şərh edib. O bildirib ki, ilk dəfə olaraq XRİTDX ən sərt tədbirə əl atıb:

1533363603_1t.jpg (19 KB)

"Maraqlıdır ki, son son onilliklərdə, XRİTDX, hətta XDMX daxilində olduğu dövrlərdə belə addımlar müşahidə etməmişəm".

Onun sözlərinə görə bu cür sərt addımlar atılmasının əsas səbəbləri aşağıdakılar ola bilər:

"Adətən XRİTDX dövlət qurumlarında İT audit aparıb nöqsanlar tapandan sönra hansısa tövsiyələr verməklə işi bitmiş hesab edirdi. Bir çox dövlət qurumları da bu tip tövsiyələri icra etməyə elə də həvəs göstərmirdilər. Fikrimcə, bu cür sərt addımların atılmasının iki əsas səbəbi ola bilər. Düşünmək olar ki, XRİTDX yetərincə güclənib, yeni rəhbərlik komanda qarşısına daha sərt tələblər qoyub. Yəni XRİTDX bildirmək istəyir ki, tövsiyələrini icra etməyənlərə, sayğısızlıq edənlərə qarşı əvvəlki qaydada hörmət, yumşaq münasibət olmayacaq.

Eyni zamanda, düşünmək olar ki, son zamanlar dünyada artan kibertəhdidlər bu tip sərt addımlar üçün əsas olub. Güman ki, XRİTDX hansısa dövlət resurslarını, dövlət məlumatlarını xaricdən edilə biləcək kiberhücumla risk altına qoymaqdansa elə özü onu bloklamağa üstünlük verib.

Qanuna görə dövlət qurumları ictimai resurslara əlçatanlığı təmin etməlidir. Ümid edirəm, bu baxımdan həmin qurumlar tez bir zamanda problemi aradan qaldıra biıəcəklər. İstənilən halda, inanıram ki, XRİTDX tərəfindən atılan bu addımlar ölkənin dövlət sektorunda kibertəhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR