İnsanlara hürriyət, millətlərə istiqlal!

52 ildir yanan “Cəhənnəm qapıları” qaz kraterini söndürüləcək

Türkmənistan hökuməti Qaraqum səhrasında 52 ildir yanan və "Cəhənnəm qapılar" adlandırılan qaz kraterini söndürmək üçün layihə hazırlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, krater kəşfiyyat mədəninin çökməsi nəticəsində yaranıb. Hazırda söndürmə layihəsi təsdiqlənmə mərhələsindədir. Bu barədə “Türkmənqaz” dövlət konserninin Elmi Tədqiqat İnstitutunun (NII) təbii qaz laboratoriyasının rəhbəri İrina Luryeva bildirib.

Bu, ölkənin turistik yerlərindən biridir. Yerli camaat və turistlər tərəfindən “Cəhənnəm qapıları” adıyla tanınan krater 2018-ci ildən rəsmi olaraq “Qaraqumun parıltısı” adlanır.

“Biz layihə tərtib etmişik, onun əsas mahiyyəti bu qəza quyusuna qaz axınının məhdudlaşdırılmasıdır. İndi praktiki icra mərhələsindədir. İş hələ başlamayıb, lakin başlamazdan əvvəl nəzəri araşdırma aparmaq, layihə hazırlamaq lazım idi. Layihə artıq hazırlanıb, təsdiqlənmə mərhələsindədir”, - deyə Luryeva bildirib.

 6493e8ba06f08315684435.jpg (135 KB)

O qeyd edib ki, qəzanın baş verdiyi yatağın mürəkkəb geoloji quruluşu var: çox nazik təbəqələr mövcuddur və onların sayı çoxdur. Başqa bir xüsusiyyət isə odur ki, bu təbəqələrin səthdən dayaz, q km olmasıdır.

“Qəza da səthə yaxın yerdə baş verib, quyu lüləsi çöküb və fakt odur ki, qəzanın baş verdiyi yataq hələ də oxşar strukturlar qrupuna aiddir və tənzimlənməmiş, qatlararası qazla qidalanır”, - mütəxəssis izah edib.

Elmi-Tədqiqat İnstitutunun alimləri yanan krater probleminin həlli üçün müxtəlif variantları tədqiq edərək belə nəticəyə gəliblər ki, bunlardan yeganəsi yatağın yaxınlığında qazı bütün laylara aparacaq quyu qazmaqdır.

"Fakt budur ki, nizamlanmayan axınları bu yolla dayandırmaq olar, yəni təbiətin verdiyindən daha çoxunu götürmək olar", - Luryeva bildirib.

Qaraqum səhrasındakı qaz krateri Aşqabaddan 266 km aralıda yerləşir. O, 1971-ci ildə kəşfiyyat mədəninin dağıldığı yerdə peyda olub. Kraterin diametri 60 metr, dərinliyi isə 20 metrdir. Kraterin altındakı mağaradan çıxan və uyğun qazın yanması nəticəsində yaranan alov sütunlarının hündürlüyü 15 metrə çata bilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR