İnsanlara hürriyət, millətlərə istiqlal!

50 il əvvəl baş verən terror aktına gecikmiş reaksiya - AFR prezidentindən qınaq

Düz 50 il bundan əvvəl, Münhen Olimpiadası zamanı fələstinli terrorçular tərəfindən İsrail yığmasına hücum olunub. Bu kədərli yubiley ilə əlaqədar Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və onun israilli həmkarı İshak Hersoq bu gün Münhendə anma mərasimində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, dünən axşam Frank-Valter Ştaynmayer ölkəsinin yarım əsr bundan əvvəl baş verən terror aktına gecikmiş reaksiyasından təəssüfləndiyini bildirib. Berlində İsrail Prezidenti ilə birgə mətbuat konfransında çıxışı zamanı almaniyalı siyasətçi həlak olmuş israilli idmançıların qohumları ilə həmin ailələrə maliyyə təzminatının ödənilməsi ilə bağlı razılaşmanın əldə olunmamasını ölkəsinin “biabırçı” şəkildə ləngliyi adlandırıb. Ştaynmayer deyib: “Buna 50 il vaxt sərf edilməsi həqiqətən biabırçılıqdır”.

Bugünkü mərasimdə hadisənin qurbanlarının qohumlarının iştirakı da gözlənilir. Onlar əvvəlcə tədbiri boykot etməyi planlaşdırırdılar.

Təzminat barədə razılaşma avqustun son günündə əldə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR