Onlayn ictimai-siyasi qəzet
Ötən gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb.
Mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib. Mənzillərin sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılmasının qeyri-mümkün olduğunu bildirib.
“TV Müsavat” ın reportyor qrupu olaraq paytaxtda sorğu etdik. Maraqlıdır, vətəndaşlarımız bu layihə çərçivəsində mənzil ala biləcəklərinə inanırlarmı?
Musavat.com sözügedən videomaterialı təqdim edir:
Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV,
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ