İnsanlara hürriyət, millətlərə istiqlal!

5 rusiyalı ABŞ-dan hərbi texnologiya oğurlamaqda suçlanır

ABŞ rəsmiləri 5 rus və 2 Amerika vətəndaşını sanksiyalardan yayınaraq Rusiyanın müdafiə sektoru üçün hərbi texnologiya almaq cəhdində ittiham edib.

Musavat.com xəbər verir ki, ruslardan birinin Federal Təhlükəsizlik Xidmətinin zabiti olduğu güman edilir. Bu qrupdan üçü həbsdədir, 4 rusiyalı hələ də azadlıqdadır.

ABŞ Ədliyyə Departamentinin (həm də Baş Prokurorluq) məlumatına görə, təqsirləndirilən şəxslər Amerika hərbi məhsullarına və Rusiyanın müdafiə sektoruna ötürmək üçün ikili təyinatlı texnologiyalara giriş əldə etmək məqsədilə qaçaqmalçılıqla məşğul olmaq istəyiblər. Həmin şəxslərin qeyri-qanuni olaraq satın aldığı və ixrac etdiyi bəzi komponentlər hipersəsli silahların, kvant kompüter sistemlərinin və digər hərbi tətbiqlərin hazırlanmasında istifadə edilə bilər.

Təqsirləndirilənlər arasında ABŞ vətəndaşları Aleksey Brayman və Vadim Yermolenko, rusiyalılardan Yevgeni Qrinin, Aleksey İppolitov, Boris Livşits, Svetlana Skvortsova və Amerika hakimiyyətinin FTX zabiti adlandırdığı Vadim Konoşenko da var. Sonuncu bu ilin dekabr ayının 6-dan Estoniyada həbsdədir və ABŞ-a ekstradisiyası gündəmdədir. ABŞ rəsmilərinin məlumatına görə, o, Estoniyadan Rusiyaya Amerika mənşəli mallar, o cümlədən ikili təyinatlı elektronika və xüsusi nəzarət olunan hərbi sursatlar keçirib.

Adı çəkilən bütün şəxslər Moskvadakı “Sernia Engineering” və “Sertal” şirkətləri ilə əlaqəli olublar. ABŞ rəsmilərinin təsbitlərinə görə, bu şirkətlər birbaşa Rusiya kəşfiyyat orqanlarının nəzarəti altındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR