İnsanlara hürriyət, millətlərə istiqlal!

5 ərəb dövləti Trampın planına QARŞI ÇIXDI

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, eləcə də Fələstin Administrasiyası rəhbərinin müşaviri Hüseyn Aş-Şeyx ABŞ-ın dövlət katibi Marko Rubioya məktub göndərərək, prezident Donald Trampın Qəzza zolağının sakinlərini köçürmək planlarına qarşı çıxıb.

Musavat.com-un məlumatına görə, Amerikanın "Axios" nəşri məktubun məzmununu sitat gətirərək vurğulayıb ki, Yaxın Şərq artıq dünyada ən çox məcburi köçkün və qaçqın qəbul edən regiondur.

"Biz regionun sabitliyinə daha çox təhlükə yaratmamaq üçün əhalinin köçürülməsi riskinə qarşı ehtiyatlı olmalıyıq. Hətta müvəqqəti olsa belə, bu addım radikallaşma və ümumi xaos riskini artırır", – məktubda qeyd olunub.

Məktub müəllifləri bildiriblər ki, "Fələstinlilər öz torpaqlarında yaşamalı və onun bərpasına kömək etməlidirlər. Onlar yenidənqurma prosesində söz sahibi olmalı və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Fələstinlilər torpaqlarını tərk etmək istəmirlər və biz onların mövqeyini birmənalı şəkildə dəstəkləyirik. Əhalinin məcburi köçürülməsi münaqişəyə yeni və təhlükəli ölçü qazandıracaq".

Məktubda həmçinin vurğulanıb ki, münaqişənin ən yaxşı həlli İsrail və Fələstin üçün iki dövlətin yaradılması planıdır. Bu, hər iki xalq üçün təhlükəsizliyi təmin edəcək yeganə yoldur.

"Axios" bildirir ki, bu məktub 3 fevral tarixində beş ərəb ölkəsinin səfirləri tərəfindən ABŞ Dövlət Departamentinə təqdim edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR