İnsanlara hürriyət, millətlərə istiqlal!

44 günlük savaşın 28 yaşlı döyüşçüsü: “Düşmən bu döyüşdən sonra təslim oldu!”

8 Noyabr Zəfər Günü daha çox bizə bu günü, bu qələbəni bəxş edənlərin bayramıdır. Bu gün həm də neçə igidin həyata yenidən gəldiyi gündür.

Sonuncu döyüş günü noyabrın 8-nə təsadüf edənlərin həm də yenidən doğulduqları gündür bu gün.
Həmin gün möcüzə şəklində sağ qalan qəhrəmanlarımızdan biri də Salman İdris oğlu Bayramovdur. Salman 1994-cü il mayın 19-da Gəncə şəhərində anadan olub.

Gəncədə yaşayan qəhrəmanımız müharibəyə 2020-ci il 29 sentyabr tarixində yollanıb. Füzulidən başlayan döyüş yolu noyabrın 8-i Şuşa-Xankəndi istiqamətində sona çatıb.

44.JPG (22 KB)

Salman həmin günləri bu cür xatırlayır:
“Müharibə mənə əsl dostuqlar, gözəl qardaşlar qazandırdı. Amma həm də gözəl dostlarımı əlimdən aldı. Qucağımda son nəfəsini verən, son sözlərini deyən dostlarım oldu. Onlar bu torpaq uğrunda canlarından keçdilər.

Döyüş yoldaşlarımız arasında həvəssiz, könülsüz olan bir nəfər də yoxidi. Düşmənə nifrət o qədər güclü idi ki, hamı var gücü ilə onların üstünə gedirdi. Ora elə bir mühitdir ki, heç kim sağ qayıdacağını, qoyub gəldiklərini düşünmür. Daha doğrusu düşünməyə macal belə olmur. Orda yalnız bir amal var – Vətən uğrunda savaşmaq, canından keçmək.

Son döyüşümüz Şuşa-Xankəndi yolunda baş verdi. Düşmənə sarsıdıcı zərbə vurduq, xeyli şəhidlərimiz oldu. Amma həmin döyüşdən sonra artıq ermənilər diz çökməyə, təslim olmağa məcbur oldular. Biz Şuşanı, Qarabağı azad etdik. Şükürlər olsun ki, şəhid qardaşlarımızın qisasını aldıq. Ermənilərə ömürləri boyu unutmayacaqları bir iz buraxdıq. Hansı ki o iz həyatlarının sonuna kimi onları incidəcək, həmişə ağrı verəcək.

314503527_1186634322207610_2966292058020556849_n.jpg (285 KB)

Qələbə sevincində payım olduğu üçün, o müqəddəs torpaqlara ilk ayaq basan qalib gənclərdən olduğum üçün qürur hissi duyuram.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə səbir, dözüm versin!”

Qeyd edək ki, Salman Bayramov Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və Şuşanın azadlığı uğrunda" medalları ilə təltif olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR