İnsanlara hürriyət, millətlərə istiqlal!

"44 günlük müharibədə olduğu kimi bir olmalı, bu qələbəni daim qoruyub saxlamalıyıq"

"8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük. Bir sözlə tarixi ədalət bərpa olundu".

Musavat.com bildirir ki, u sözləri millət vəkili Ceyhun Məmmədov 8 Noyabr Zəfərindən söz açarkən bildirib. Deputat vurğulayıb ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, onların şahidləri olan qazilərimizin qanı və canı bahasına işğaldan azad olunub:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur.

44 günlük müharibədə olduğu kimi bundan sonra da bir olmalı, bu qələbəni daim qoruyub saxlamalıyıq.

Bir daha bu gözəl bayram münasibətilə hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!"

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR