İnsanlara hürriyət, millətlərə istiqlal!

44 günlük müharibə zamanı Hindistanın ermənilərə silah yardımı BAŞ TUTMAYIB

44 günlük Vətən müharibəsi zamanı Hindistan erməniləri silahla təmin etməyə çalışıb, lakin onlar silahı götürə bilməyiblər.

Konkret.az xəbər verir ki, bu barədə Hindistanın “Indian Defense Research Wing” nəşri məlumat yayıb.

Nəşr yazır ki, II Qarabağ müharibəsi zamanı Hindistan erməniləri silahla təmin etməyə çalışsa da, onlar silahı götürə bilməyiblər.

Hindistan ödənişi təxirə salmaq şərti ilə təcili olaraq Ermənistana atıcı silahlar, döyüş sursatları və digər silahlar göndərməyi təklif edib.

Ermənilər Hindistanın bu cür köməyinə razılıq verib, lakin onlar İrəvana hərbi ləvazimatlar çatdıra biləcək aviadaşımalar təşkil edə bilməyiblər.

Ermənistan hərbi hava qüvvələri sovet dövründən qalan cəmi iki İl-76 hərbi-nəqliyyat təyyarəsini idarə edir. Lakin nədənsə onlar bu təyyarələri Hindistana göndərə bilməyib

Qeyd edək ki, müharibədən əvvəl Hindistan Ermənistana 4 ədəd Su-30SM qırıcısı göndərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR