Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Ukraynaya hücumu nəticəsində 382 uşaq həlak olub, 740-dan çox uşaq yaralanıb.
Bu barədə Musavat.com Ukrayna Baş Prokurorluğunun Mətbuat Xidmətinə istinadən xəbər verir.
"2022-ci il sentyabrın 4-ü səhər saatlarına Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1122 nəfərdən çox uşaq zərər çəkib. Rəsmi məlumata görə, 382 uşaq ölüb, 740-dan çox uşaq yaralanıb. Ən çox uşaq Donetsk vilayətində zərər çəkib – 388 nəfər, Xarkovda 204, Kiyevdə 116, Nikolayevdə 71, Çerniqovda 68, Luqanskda 61, Xersonda 55, Zaporojyedə 46 azyaşlı zərər çəkib", - xəbərdə bildirilir.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ