İnsanlara hürriyət, millətlərə istiqlal!

35 ildən sonra İLK DƏFƏ: Türkiyə-Ermənistan sərhədi açıldı - YENİ GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi,  fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb, 80 mindən çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dünyanın hər yerindən Türkiyəyə yardımlar axır. Kampaniya çərçivəsində zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Türkiyə ilə Ermənistan arasındakı Alican sərhəd qapısı 30 ildən sonra ilk dəfə açılıb.

Fəlakət bölgəsi üçün Ermənistanda hazırlanmış 5 yük maşını dolu yardım materialı erməni nümayəndə heyəti ilə birlikdə Alican körpüsünə gətirilib. İğdır Fəlakət və Fövqəladə Hallar müdiri Burhan Çöllü və hərbi rəsmilər tərəfindən qarşılanan Ermənistan nümayəndə heyətinin rəsmi prosedurlardan sonra zəlzələ bölgəsinə hərəkət etməsinə icazə verilib.

Xatırladaq ki, Alican sərhəd qapısı Azərbaycana qarşı hücumlara cavab olaraq 1993-cü ilin aprelində mülki keçidlərə bağlanıb. Son 20 ildə bu sərhəd-keçid məntəqəsinin açılması zaman-zaman gündəmə gəlib və bunun Ermənistan iqtisadiyyatına böyük töhfə verə biləcəyi bildirilib.

Məlumata görə, Alican sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra Türk Qızıl Aypara Cəmiyyətinin bölgəyə yardım göndərməsi üçün istifadə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR