İnsanlara hürriyət, millətlərə istiqlal!

32 nəfəri aldadan Ülviyyə Balayeva cəza aldı, digər şəxs öldü - Cinayət baş prokurorun qəbulunda açılmışdı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış Ülviyyə Balayeva barəsində daha bir hökm çıxarılıb. Hazırda həbsdə olan Balayevanın əməllərindən zərərçəkən daha bir neçə nəfər var. Onunla birlikdə mühakimə edilən şəxs vəfat edib.

Musavat.com xəbər verir ki, daha əvvəl dələduzluqda təqsirli bilinərək həbs edilən Ü.Balayeva həbsdə olan zaman ondan şikayətçi olan daha bir neçə nəfərin şikayəti əsasında barəsində yeni cinayət işi açılıb.

Balayeva işə adam düzəltmək, pensiya, sosial yardım, sosial evlər vədləri verərək xeyli sayda adamı aldadıb.

Onun barəsində sonuncu cinayət işi üzrə məhkəmə araşdırması Gədəbəy Rayon Məhkəməsində baş tutub.

Bu cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 32 nəfərdir. Bu dəfə də Balayevə həmin şəxslərdən FHN-ə işə düzəltmək, sosial evlə təmin etmək, pensiya və sosial yardım düzəltmək adı ilə pul alıb. Bu işdə Balayeva ilə birlikdə Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyev də məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, adı çəkilən şəxslərin cinayət əməlləri Baş prokuror tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri əsasında müəyyən edilib.

Balayeva və Əliyevin bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri müəyən edilib.

İstintaq zamanı məlum olub ki, zərərçəkmiş şəxslərin pulları geri qaytarılmayıb.

Məhkəmə araşdırması davam edən ərəfədə təqsirləndirilən şəxslərdən İbrahim
Əliyev xəstəlikedən vəfat edib. Buna görə də onun barəsindəki icraata xitam verilib.

Ülviyyə Balayeva isə törətdiyi əməllərə görə dələduzluq ittihamı ilə cəza alıb. Onun daha əvvəlki cəzası ilə indiki əməllərinə görə kəsilən ümumi cəza 4 il 6 ay olub.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR