İnsanlara hürriyət, millətlərə istiqlal!

32 milyon mənfəəti olan məşhur şirkətin 161 min borcu var

“North West Construction” MMC-nin vergiyə külli miqdarda borcu yaranıb.

Musavat.com xəbər verir ki, məşhur şirkətin vergiyə 161 min manat borcu var.

Maraqlıdır ki, şirkət 2023-cü ili 32 milyon 729 min manat mənfəətlə başa vurub. 2022-ci ildə isə MMC-nin mənfəəti 8 milyon 868 min manat olub.

Şirkətin 2023-cü ildəki maliyyə hesabatına görə, “North West Construction” MMC-nin əsas əməliyyat gəlirləri 415 milyon 988 min manat, müqavilə xərcləri və satışın maya dəyəri 362 milyon 778 min manat (53% çox), ümumi gəlirləri 53 milyon 210 min manat (51% çox) təşkil edib. Ümumi və inzibati xərcləri 11 milyon manatdan 10 milyon 856 min manata düşüb.

Şirkət 2007-ci ildən təsis edilib. “North West Construction” həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə inşaat və mühəndislik sahələrində xidmət göstərir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR