İnsanlara hürriyət, millətlərə istiqlal!

3-cü ABB Hakatonu uğurla başa çatıb

ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə 3-cü ABB Hakatonunu (ABB Hackathon 3.0 – Startap Challenge) uğurla yekunlaşıb.

Musavat.com xəbər verir ki, hakaton İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildən etibarən həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində təşkil olunub.

Qeyd edək ki, ideya marafonunda iştirak üçün ümumilikdə 257 nəfər müraciət edib, onlardan 187-si müsabiqədə iştirak hüququ qazanıb. Hakaton komandalar arasında müsabiqə formatında təşkil olunmaqla 67 komanda arasında keçirilib. Münsiflər heyətinin yekun qərarına əsasən 25 startap komandası ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Müvafiq proqram 1 avqust 2022-ci il tarixində start götürəcək.  Proqramın ilk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və 3-cü yerin qalibi olacaq komandalar layihələrinin inkişaf etdirilməsi baxımından investisiya əldə edə biləcəklər.

3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və “ƏDV geri al” xidmətinin inteqrasiyası ilə bağlı olub. Bundan əlavə hakaton çərçivəsində digər  istiqamətlərə  aid innovativ ideyalar da qəbul edilərək nəzərdən keçirilib.

Hakatonun təşkilində əsas məqsəd ölkəmizdə startap və İKT ekosistemini inkişaf etdirməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR