Onlayn ictimai-siyasi qəzet
Amansız qərarları və soyuqqanlılıqları ilə ad çıxaran bürclər var.
Musavat.com Türkiyə mətbuatına istinadla həmin 3 bürcü təqdim edir:
Oğlaq (22 dekabr – 19 yanvar)
Nizam-intizamlı və çox zaman duyğusuz görünən Oğlaqlar mənafelərinə zərər toxunduqda heç kimə rəhm etməzlər. İş, ailə, münasibətlər - hər şeyi məntiqlə dəyərləndirirlər. Qəlblə deyil, ağıl ilə hərəkət edirlər. Sizi səssizcə həyatlarından silə bilərlər.
Qoç (21 mart – 19 aprel)
Ani qəzəb partlayışları ilə tanınan Qoçlar əsəbiləşdiklərində qarşılarında heç kim dura bilməz. Qəfil qərarlar verərlər, sərt sözlərlə ürəkləri qıra bilərlər.
Dolça (20 yanvar – 18 fevral)
Soyuqqanlı, məsafəli və duyğularını gizlədən Dolçalar bir dəfə sizdən uzaqlaşdısa, bir daha geri dönməzlər. Onların ən böyük qəddarlığı səssizlikləridir.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ