İnsanlara hürriyət, millətlərə istiqlal!

27 ölkə hərəkətə keçdi: sentyabrın 15-dək...

İordaniyada 27 ölkənin qoşunlarının iştirak etdiyi “Swift Lion” adlı hərbi təlimlər başlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, təlimlərə ABŞ, Böyük Britaniya və Fransanın hərbçiləri də qatılacaq.

Təlimlər sentyabrın 4-dən 15-dək İordaniya Silahlı Qüvvələrinin poliqonlarında, həmçinin xüsusi əməliyyatlar üzrə təlim mərkəzində keçiriləcək.

Hərbi manevrlər real döyüş şəraitinə uyğun təşkil ediləcək.

Təlimlər ilk növbədə terrorçuluqla mübarizəyə həsr olunacaq.

Çoxtərəfli təlimlərin gedişatına Hərbi Hava Qüvvələrinin də cəlb ediləcəyi bildirilir.

Manevrlərdə iştirak edən hərbi kontingentin sayı barədə məlumat verilməyib.

İordaniya qüvvələri və bu ölkələrin nümayəndələri ilə yanaşı, Almaniya, İtaliya, Yaponiya, Qazaxıstan, Polşa, Pakistan, Avstraliya, Keniya, İraq, Livan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin hərbi qulluqçuları da bir neçə mərhələdə iştirak edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR