Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Babək qızı Abbasova dördüncü övladını dünyaya gətirdikdən sonra həyatını itirib.
Musavat.com Bizim.Media-ya istinadla xəbər verir ki, N.Abbasova martın 8-də hamiləliyinin yoxlanılması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lakin ona bir həftə sonra yenidən gəlməsi tövsiyə edilib. Yaxınları ilə evə qayıdarkən, yolda doğuş başlayıb və doğuş avtomobildə qeyri-peşəkar şəraitdə həyata keçirilib. Daha sonra o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Yaxınlarının dediyinə görə, N.Abbasova xəstəxanaya sağlam vəziyyətdə qəbul edilib.
Lakin axşam saatlarında vəziyyəti pisləşib və komaya düşüb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində 12 gün qalan qadın, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.
Xəstəxananın Reanimasiya şöbəsinin həkimi Yusif Xankişiyev bildirib ki, xəstəxanaya gətirilən zaman N.Abbasovanın vəziyyəti kafi, huşu aydın olub. Lakin həmin günün sonunda xəstənin vəziyyəti pisləşib və Reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-in açıqlamasına görə, zahı qadının uşaqlıq yolunun müayinəsində iki ədəd kapsullaşmış kista aşkar edilib. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, 20 mart 2025-ci il tarixində saat 17:30-da beyin ölümü qeydə alınıb.
Vəfat edən Nahidə Abbasova Soyuqbulaq kənd məzarlığında dəfn edilib. Onun dünyaya gətirdiyi uşaq isə hazırda ana valideynlərinin nəzarətində və himayəsindədir.
Baş vermiş ölüm faktı əsasında araşdırmalar davam etdirilir.
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ