İnsanlara hürriyət, millətlərə istiqlal!

23 yaşdan kiçik qızların Qırğızıstandan çıxmasına qadağa təklif edilir

Qırğızıstan Xarici İşlər Nazirliyi 23 yaşına çatmamış qızların xaricə getməsinə qadağa qoyulmasını tələb edən parlament deputatlarının təşəbbüsü ilə təklif hazırlayır.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Aybek İmanqaziyevin sözlərinə görə, miqrasiya zamanı qırğız qadınlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər təhlil edilir.

“Qanuna görə, vətəndaş 18 yaşından müstəqil olaraq xaricə gedə bilər. Xaricə gedən qızların yaşının 18-dən 23-ə qaldırılması təklifi var. Biz məsələni təhlil etdikdən sonra Nazirlər Kabinetinə təklif verəcəyik”, - deyə Aybek İmanqaziyev bildirib.

Deputat Şailoobek Atazov qeyd edib ki, o, xaricə gedən qızlara qadağa deyil, onlara nəzarət etməyi və onlara təlim keçməyi təklif edir.

“Bəzi qızlar evdən qaçır. Mən sərhəddə təklif etdim ki, qızların getməsi ilə bağlı bütün məlumatları dəqiqləşdirək. Xarici ölkədə müxtəlif vəziyyətlərdə olurlar, getməzdən əvvəl onları məlumatlandırmaq və öyrətmək lazımdıri”, - deyə Şailoobek Atazov bildirib.

Bir müddət əvvəl Joqorku Keneşin deputatı Nadirə Nərmətova “Qadınlar və Miqrasiya: Səbəblər, Çətinliklər, Nəticələr” adlı dəyirmi masada xanımlarını və qızlarını xaricə göndərən, özləri isə evdə oturan kişiləri tənqid edib.

“Miqrasiyada olan gənc qızlar müxtəlif vəziyyətlər və böyük çətinliklərlə üzləşirlər. Bundan sonra həyatdan məyus olurlar və ailə qurmaq istəmirlər. Miqrasiya nəticəsində bizdə valideynləri sağ qalan yetimlərin sayı artır. Uşaqlar valideynlərin qayğısı və sevgisi olmadan böyüyür”, - deyə deputat bildirib.

O hesab edir ki, qız uşaqları 23-25 ​​yaıdan sonra ölkədən çıxa bilərlər.

Nadirə Nərmətova xarici dövlətlərlə vətəndaşların işə götürülməsi ilə bağlı müqavilələrin bağlanmasını dəstəkləmir.

“Rusiya və Qazaxıstana işləməyə göndərməyimiz kifayət etmir, indi Avropaya göndəririk. Çətinliklə gedənlər geri qayıdırlar”, - deyə o əlavə edib.

Musavat.xom

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR