İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul edildi

Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı.

Layihənin müzakirəsində Baş nazir Əli Əsədov və Nazirlər Kabinetinin üzvləri də iştirak edir. Komitə sədri Tahir Mirkişilinin məlumatından sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Qeyd edək ki, layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat məbləğində nəzərdə tutulur. Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 milyon manat təsdiq ediləcək.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 579 milyon 300 min manat məbləğində nəzərdə tutulur.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR