İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bəlli olub

Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri kimi tanınan Ədəbiyyat üzrə Nobel mükafatını qazanan müəllif bu gün açıqlanıb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Nobel Komitəsi mükafatı norveçli yazıçı Con Fossenin qazandığını açıqlayıb.

Bu il mükafatı qazanan 64 yaşlı Fosse 11 milyon İsveç kronu (təxminən 1 milyon dollar) məbləğində pul mükafatı da alıb.

1959-cu ildə Norveçin Hogesand şəhərində anadan olan və 7 yaşındaykən bütün həyatına təsir edən qəza keçirən Fosse Avropanın ən tanınmış dramaturqlarından biridir.

Fosseinin ilk romanı “Qırmızı, Qara” 1983-cü ildə nəşr olunub. O, ilk mükafatını 1989-cu ildə alıb.

Nobel Komitəsi 40 il yazıçılıq fəaliyyəti ilə məşğul olan Fosse haqqında deyib: “O, yaradıcı pyeslərinə və dilə gətirilməyənlərə hay verdiyinə görə bu mükafata layiq görülüb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR