İnsanlara hürriyət, millətlərə istiqlal!

"2021-ci ildə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800.8 mln manat xərclənib " -Tahir Mirkişili

“Ali Audit Orqanı olan və kənar dövlət maliyyə nəzarəti həyata keçirən Hesablama Palatası haqqında Azərbaycan Respubikası Qanununun 7-ci maddəsinə əsasən Palata fəaliyyətibarədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir. Bu fəaliyyətin istiqamətləri isə Qanunun 6-cı maddəsi ilə müəyyən edilib”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu fikirləri parlamentdəki müzakirələrdə söylədi. Komitə rəhbəri bildirdi ki, Hesablama Palatasının 2021-ci ildəki fəaliyyəti ilə bağlı hazırladığı hesabat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş təqdimat və müzakirə edilib: “Hörmətli sədr, sizin tövsiyyəniz əsasında iclas geniş formatda keçirilmiş, iclasa Milli Məclisdə təmsil olan siyasi partiyaların da nümayəndələri dəvət edilmiş və onlar müzairələrdə aktiv iştirak etmişlər. Həmçinin, müzakirənin ictimailiyini artırmaq üçün iclasa vətəndaş cəmiyyətini təmsil edən və Açıq Hökumət, Açıq Büdcə İndeksi məsələlərində ixtisaslaşan ekspertlər də dəvət edilmişlər.

Təqdim edilən hesabat 2021-ci ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyini tələb etdiyi fəaliyyət, həmçinin palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatlarıözündə əks etdirir. Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilmişdir. İlk dəfəolaraq palatanın müxtəlif vaxtlarda təqdim etdiyi tövsiyyələrin icrası barədə, auditin dəyər zənciri barədə, palatanın kollegiya iclaslarında Milli Məclis deputatlarının iştirakı barədə məlumatlar da hesabata daxil edilmişdir”.

T.Mirkişili bildirdi ki, 2021-ci il bütün sahələrdə iqtisadi artımın qeydə alındığı il olub: “Belə ki, 2021-ci ildə ÜDM 5.6%, qeyri eft sektorunda ÜDM 7.2%, q/n sənaysində məhsul istehsalı isə 20% artmış, Tədiyyə Balansının Cari Əməliyyatlar hesabında 8.3mlrd dollarlıq profisit yaranmışdır. 2021-ci ildə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800.8 mln manat xərclənmişdir. Dövlət Büdcəsinin gəlirləri 25.427 mlrd proqnoza qarşı 26.396 mlrd manat və ya 1 milyard manat artıq icra edilmişdir. Dövlət büdcəsinin xərcləri isə 27.422 mlrd, proqnozun 96.1%-i həcmində və ya 2020-ci ilə nisbətən 1 mlrd manat çox icra edilmişdir. Bütün bu rəqəmlər palatanın fəaliyyət dairəsinin 2021-ci ildə potensial olaraq daha da artdığını deməyə imkan verir”.

Komitə rəhbəri qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət xərclərinə nəzarətin artırılmasını, səmərəliliyin səviyyəsini yüksəldilməsini aparılan islahatların mühüm vəzifələrindən biri olaraq elan etmiş və öz çıxışlarında bu cür neqativ hallarla sərt mübarizənin aparılmalı olduğunu elan edib: “Qarşıya qoyulan bu tapşırığa əməl edilməsində mühüm missiya yerinə yetirən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən, Milli Məclsin bu proseslərə effektiv nəzarətinin artmasında mühüm analitik məlumat mənbəyi rolunu oynayan Hesablama Palatasının fəaliyyəti, bu fəaliyyətin güclənməsi və səmərəliyinin artması günün əsas tələblərindədir”.

T.Mirkişili qeyd etdi ki, bu il ilk dəfə olaraq palatanın fəaliyyəti barədə hesabatı daha peşəkar və əhatəli qiymətləndirmək üçün iqtisadi siyasət komitəsi tərəfindən 10 indikator işlənib hazırlanıb.

T.Mirkişili bildirdi ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün biz də Hesablama Palatasının cari fəaliyyətini daha da effektiv edə biləcək qanunlarda və prosedurlarda tələb olunan dəyişikliklərin edilməsinə nail olmalıyıq: “Çunki palatanın fəaliyyətində istinad edəcəyi yeganə mənbə qanun və qaydalardır. Bu istiqamətdə işlər də aparılır. Hesabatda tövsiyyələrin müxtəlif sahələrdə icrasını əks etdirən cədvəllərdə bu müsbət dinamikanı görmək olur”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR