İnsanlara hürriyət, millətlərə istiqlal!

2020-ci ildə erməni terroru zamanı 12 uşaq həlak olub - XİN

Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycan əhalisinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.

Paylaşımda həmçinin terror qurbanı olan uşaqlar barədə qeyd edilib.

"Fərid İsgəndərov – 14 yaş , Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş , Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş , Aysu İsgəndərova – 7 yaş , Şahmalı Rəhimov – 13 yaş" - deyə bildirilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR