Onlayn ictimai-siyasi qəzet
Azərbaycan bu gün Qələbə Gününü qeyd edir. İkinci Qarabağ müharibəsi Bakı üçün misli görünməmiş hərbi uğur oldu və yalnız 44 gün ərzində erməni ordusunun tamamilə məğlub edilməsi və Yerevanın təslim olmasından dolayı deyil, həm də bu müharibə pilotsuz uçuş aparatlarının kütləvi istifadəsi ilə tanındı, bu da müasir hərbi mübarizənin gələcək inkişafını müəyyənləşdirdi".
Musavat.com xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenka bildirib.
"Əvvəlki dövrdə Ermənistan rəsmi "Tohonyan doktrinası" çərçivəsində bəyan etmişdi ki, Azərbaycan işğal olunmuş torpaqları azad etməyə çalışarsa, yeni ərazi itkiləri olacaq, erməni tankları Bakıya daxil olacaq və Raket Qoşunları kritik infrastruktur obyektlərinə zərbələr endirəcək.
İndi Paşinyan "sülhsevər, gülərüz" görünə bilər, amma hər kəs Pashinyanın Şuşada köçəri mahnısına necə şövqlə oynadığını yaxşı xatırlayır – amma onun "dişləri" yalnız 44 gün ərzində Azərbaycan tərəfindən çıxarıldı.
Xüsusi olaraq qeyd edim ki, hərbi əməliyyatlarda Ermənistanın peşəkar ordusu iştirak etdi, yəni sadəcə separatçı dəstələr yox. Həmçinin Ermənistan ən yeni silah sistemlərindən istifadə edərək mülki əhalinin yaşadığı şəhərlərə raket hücumları etdi. Əlbəttə məqsəd Bakını "Dəmir yumruq" əks-hücum əməliyyatını dayandırmağa məcbur etmək üçün idi. Lakin bu cəhdlər uğursuz oldu", deyə ekspert əlavə edib.
İqor Karatçenka qeyd edib ki, döyüşü ən yaxşı strateji düşüncəyə sahib olan, ordusu daha yaxşı hazırlanan, təchiz edilmiş, motivasiya olunmuş və qələbəyə yönəlmiş olan qazanır:"2020-ci ilin sentyabr-noyabr hadisələri fonunda – Azərbaycanın hərbi komissarlıqlarında könüllülərin növbələri ilə yanaşı, Ermənistanın 10 min nəfərdən çox dezertiri var idi.
Ermənistan illər boyu özünü "Cənubi Qafqazda Rusiyanın qapısı" kimi təqdim edərək müxtəlif faydalar əldə edib, amma əslində indiki vəziyyətinə düşüb: sadəcə maskalar atıldı. Nikol Paşinyanın siyasətini Ermənistan vətəndaşlarının əksəriyyəti dəstəkləyir və bu onların şüurlu seçimi olub".
Afaq,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ