İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar gecəsi dünyaya gələn məşhur aparıcı: "Həyat hekayəm o gecədən başlayıb"

Məşhur televiziya aparıcısı Jalə Həsənli sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Aparıcı 1990-cı il 20 Yanvar günü dünyaya gəldiyini qeyd edib:

"Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam. Bəlkə də elə onun təsiridir ki, illərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Alınıbmı? Məncə, alınıb! Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR