İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar Faciəsinin 33-cü ildönümü İsveçrədə ehtiramla yad edilib

Cari ilin 20 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunun yekunlaşmasından dərhal sonra burada iştirak edən Səfirliyin bütün heyəti Bern şəhərindəki diplomatik nümayəndəliyimizə qayıdaraq 20 Yanvar Faciəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər.

Bir dəqiqəlik sükutla başlayan tədbirin əvvəlində səfir Fuad İsgəndərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin doğma Vətənimizin siyasi və iqtisadi inkişafına, regionda lider mövqelərinin bərpasına yönəlmiş Davos Dünya İqtisadi Forumunda keçirtdiyi görüşlərin artıq baş tutmuş və gələcəkdə də həyata keçiriləcək nəticələri Azərbaycan Respublikasının müstəqilliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə ən səmimi töhfə kimi qiymətləndirilməlidir.

Səfir onu da vurğulayıb ki, Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərdə səmərəli iştirakı bir daha onu göstərir ki, müstəqilliyimizin bərpa olunması uğrunda həyatlarını qurban vermiş Azərbaycanlıların yeni nəsilləri müstəqil, qüdrətli, inkişaf etmiş digər dövlətlər sırasında öz layiqli yerini tam tutmuş bir ölkədə yaşayırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR