İnsanlara hürriyət, millətlərə istiqlal!

20 ildən sonra insanlar gecə səmada ulduzları görə bilməyəcək

Bu gün müşahidə etdiyimiz gecə səması bizim adət etdiyimiz kimi qapqara olmamalıdır.

Azpost.info “The Guardian”a istinadən xəbər verir ki, səma tünd boz, ulduzlarla bəzədilmiş, Saman yolu aydın görünən olmalıdır.

Alimlər müəyyən ediblər ki, işıq diodlarından (LED) və digər işıqlandırma formalarından istifadənin artması gecə səmasını xeyli işıqlandırır. Çöl və küçə işıqlandırmalarından, reklamlardan və işıqlandırılan idman meydançalarından fərq qoymadan istifadə olunması ulduzları görməyə imkan vermir.

Hələ 2016-cı ildə astronomlar bəşəriyyətin üçdə birinin artıq Süd Yolunu görməyəcəyini müəyyən ediblər. Alimlərin təxmini hesablamalarına görə, 20 ildən sonra biz ən böyük bürcləri belə görə bilməyəcəyik. Bu da gələcək nəsillərin elmi və mədəni inkişafına mənfi təsir göstərəcək.

Öz narahatlıqlarını bildirən britaniyalı alimlər qaranlıq səmanın qaytarılması ilə bağlı partiyalararası parlament qrupu yaradıblar. Bu qrup işıq çirklənməsi ilə mübarizə tədbirləri hazırlayır. Bura gecə vaxtı işıqdan həddindən artıq istifadəyə görə cərimələr və tədbirlərin icrasına nəzarət etmək üçün xüsusi komissiyanın yaradılması daxildir.

Alman Yer Elmləri Mərkəzinin əməkdaşı, fizik Kristofer Kibanın araşdırması nəticəsində məlum olub ki, işıq çirklənməsi nəticəsində gecə səması ildə təxminən 10% işıqlanır. Yəni yeni doğulan uşaq indi 250 ulduzu müşahidə edə bilirsə, yetkinlik yaşına çatanda onlardan yalnız 100-nü görə biləcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR