İnsanlara hürriyət, millətlərə istiqlal!

2 gün ərzində öldürən naməlum epidemiya: 50-dən çox insan öldü

Mərkəzi Afrikada yerləşən Demokratik Konqo Respublikasında səbəbi bilinməyən təhlükəli xəstəlik yayılmağa başlayıb. Naməlum xəstəlik indiyədək 50-dən çox insanın həyatına son qoyub. Həkimlər və beynəlxalq səhiyyə qurumları xəstəliyin çox sürətlə yayılmasının ciddi narahatlıq doğurduğunu bildirirlər. Yoluxanların əksəriyyəti simptomlar başladıqdan cəmi 48 saat sonra vəfat edir.

Bikoro xəstəxanasının tibbi direktoru Serj Nqalebato xəstələrin əksəriyyətinin ilk əlamətlərin başlamasından iki gün sonra öldüyünü açıqlayıb.

Şimali-Qərbi Konqoda 21 yanvar tarixində başlayan epidemiyada indiyədək 419 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü ölüm ilə nəticələnib.

Naməlum xəstəliyin səbəbi yarasa əti ola bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisi yayılan xəstəliyin Boloko qəsəbəsində üç uşağın yarasa əti yedikdən sonra qanamalı qızdırma əlamətləri göstərərək 48 saat ərzində həyatını itirməsi ilə başladığını bildirib.

Xəstəlik sürətlə yayılır

ÜST-ün 2022-ci ildə verdiyi məlumata görə, Afrika qitəsində heyvanlardan insanlara keçən xəstəliklərin son on ildə 60 faizdən çox artdığı qeydə alınıb.

Xəstəliyin ikinci dalğası 9 fevralda Bomate qəsəbəsində qeydə alınıb. 13 müxtəlif xəstədən alınmış nümunələr ölkənin paytaxtı Kinşasadakı Milli Biotibbi Araşdırma İnstitutuna göndərilib. Səlahiyyətli qurumlar xəstəliyin mənşəyini və yayılma formasını müəyyən etmək üçün araşdırmalarını davam etdirir./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR