İnsanlara hürriyət, millətlərə istiqlal!

161 saylı marşrutda BİABIRÇILIQ – Qırıq qapı ilə sürücü yoluna davam edir - FOTO

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Sürücü bu vəziyyətdə sərnişin avtobusunu idarə edib. Söhbət Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrutdan gedir.

Musavat.com xəbər verir ki, bununla bağlı Bizim.Media-ya həmin avtobusdan mütəmadi istifadə edən sərnişin şikayət edib və biabırçı mənzərənin görüntüsünü təqdim edib.

Şikayətçi sərnişinin bildirdiyinə görə 161 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısına məhəl qoymayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

Qeyd edək ki, 161 nömrəli avtobusların acınacaqlı durumu ilə bağlı məsələni dəfələrlə gündəmə gətirmişik.

İstismarda olan bu sərnişin avtobuslarının hamısı texniki baxımdan yararsızdır. Vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir.

Onu da əlavə edək ki, bu günlərdə Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilməyən ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Onlar arasında 161 saylı marşrut da yer alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR