İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı yeniyetmə sinif yoldaşını bıçaqlayaraq ÖLDÜRDÜ - FOTO

Türkiyənin Ankara şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, parkda mübahisə etdiyi 14 yaşlı məktəb yoldaşı tərəfindən bıçaqlanan 13 yaşlı uşaq ölüb.

Ankarada səhər saatlarında məktəbdə dava edən iki şagird dərsdən sonra saat 17.00 radələrində parkda görüşməyə razılaşıb.

Aralarında yaranan mübahisə nəticəsində 14 yaşlı U.B evdən götürdüyü bıçaq ilə M.E.A-ya 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və təcili yardım çağırılıb. Təcili xəstəxanaya çatdırılan yaralı uşaq bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Qətli törədən 14 yaşlı yeniyetmə isə polis qrupları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

Tartışma kana bulandı! Öldüren 14, hayatını kaybeden ise 13 yaşında

Tartışma kana bulandı! Öldüren 14, hayatını kaybeden ise 13 yaşında

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR