İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı qız saçlarını yeyib, bağırsaqları tüklə tıxanıb

Çinin Şaansi əyalətinin Sian şəhərindən olan 14 yaşlı qız saçlarını qopararaq yeyib.

Milli.Az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Qastroenteroloq Şi Hayın sözlərinə görə, qız yeməyi dayandırdıqdan sonra müayinə üçün gətirilib. "Sonra biz aşkar etdik ki, onun mədəsi o qədər tüklə doludur ki, yeməyə yer qalmamışdı. Bağırsaqları da tüklə tıxanıb", - həkim deyib. Cərrahlar iki saatlıq əməliyyat keçirərək, yeniyetmənin mədə və bağırsaqlarından üç kiloqramlıq saçları çıxarıblar. Çıxarılanın çəkisini kərpiclə müqayisə ediblər.

Hay, yeniyetmənin vəziyyətinin yeyilməz əşyaların yeyilməsini ehtiva edən yemək pozğunluğu olan pikasizm ilə əlaqəli ola biləcəyini iddia edib. "O, davranışlarına kifayət qədər diqqət yetirməyən nənəsi və babası ilə yaşayır. Ola bilsin ki, o, uzun illər psixoloji problemlərdən əziyyət çəkirdi", - həkim deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR