İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı oğlan qaçırdığı maşınla qəza törətdi

Gəncədə yeniyetmə qaçırdığı avtomobillə qəza törədib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Ə.Muradov (şərti) qonşusunun evinin qarşısında saxladığı “VAZ 2107” markalı avtomobili qaçırıb. O, qaçırdığı avtomobili bir müddət idarə edib, daha sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpıb.

Nəticədə yeniyetmə hər iki diz, üz və dodaq nahiyəsinin əziyi xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR