Onlayn ictimai-siyasi qəzet
Sevgililər gününə artıq 3 gün qalıb. Bu tarixdə cütlüklərin əvəzedilməz hədiyyələrinin başında gül buketləri gəlir. Hə il ənənəvi olaraq, 14 fevral tarixində gül mağazalarında böyük izdiham müşahidə olunur. Tələbatın həddən çox olması səbəbindən qiymətlərdə də ciddi bahalaşma özünü göstərir.
Xanımları ən çox sevindirən hədiyyələrdən olan 101 ədəd qızılgüldən ibarət buket hazırda 600 manata təklif olunur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 100 manat bahalaşma deməkdir.
Miks (qarışıq çiçəklərdən ibarət) buketlərin qiyməti 75 manatdan başlayaraq, 600 manatadək dəyişir. Burada qiyməti tənzimləyən güllərin sayı, növləri və buketin həcmidir.
Mono (tək növ çiçəklərdən ibarət) buketlərdə də qiymət artımı özünü göstərir. Bu növ güllərin qiyməti isə 50 – 1275 manat arasındadır. Hazırda ən bahalı gül buketləri də elə məhz bu növdədir.
Ənənəvi qızılgül buketləri də xeyli bahalaşıb. 8 Mart, ad günləri və digər əlamətdar günlərdə daha çox alınan belə buketlərin ən ucuzu 50 manata, ən bahası isə 700 manata təklif edilir.
Ümumi konteksdə ənənəvi formada bu il də gül qiymətlərində ciddi qiymət artımı özünü göstərməkdədir. 14 Fevral sonrası isə qiymətlərdə radikal ucuzlaşma baş verir.
Mağazalar müştərilərə tək qızılgüllər də təklif edir. Qiymətlər isə bu şəkildədir: Qırmızı, çəhrayı, sarı, narıncı qızılgüllərin bir ədədi 5 manat, mavi və göyqurşağı qızılgüllərin bir ədədi isə 6 manatdır.
Qeyd edək ki, bəzi mağazalardan bu buketləri kreditlə almaq da mümkündür./Yenisabah.az
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ