İnsanlara hürriyət, millətlərə istiqlal!

12 yaşlı uşağa hərbi komissarlıqdan çağırış göndərildi: Rusiyada... - FOTO

Rusiyanın Krasnoyarsk diyarının Kansk şəhərində 12 yaşlı oğlana hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib.

Musavat.com xəbər verir ki, sənədin fotosu “Vkontakte” sosial şəbəkəsində dərc olunub.

Sənədin mətnində qeyd olunur ki, ünvan sahibi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq “ilkin hərbi qeydiyyatdan” keçməlidir.

“Vəziyyət belədir, uşağın 12 yaşı var, Kansk hərbi komissarlığından çağırış gəlib... Yaddaşım məni yanıltmırsa, bu 16-17 yaşdan sonra baş verməlidir... Sual olunur: niyə uşaqdan hərbi komissarlığa gəlmək və hərbi qeydiyyata dayanmaq tələb olunur? Yoxsa nəsə dəyişibmi? ” - paylaşımın müəllifi soruşur.

Şərhlərdə İrinessa Sibirskaya adlı istifadəçi dostunun beş yaşlı oğullarına da çağırış vərəqəsi gəldiyini yazıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, Rusiyanın kişi vətəndaşları 17 yaşı tamam olan il yanvarın 1-dən martın 31-dək hərbi qeydiyyata alınmalıdırlar.

Musavat.com

WhatsApp Image 2022-12-10 at 15.44.12.jpeg (91 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR