Onlayn ictimai-siyasi qəzet
İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatının nəticələri açıqlanıb.
Musavat.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə dair İstintaq Bürosu tərəfindən “narkotik və ya psixotrop maddələrdən istifadə” ittihamı ilə barələrində cinayət işi açılan tanınmış şəxslərə qarşı ötən həftə əməliyyat keçirilmişdi.
Vilayət Jandarma Komandanlığının təşkil etdiyi əməliyyat zamanı məşhurlar – Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Duyğu Özaslan Mutaf, Demet Evqar Babataş, Zeynəb Meriç Aral Keskin, Özge Özpirinçci və Mert Yazıcıoğlu ifadələrinin alınması və qan nümunələrinin götürülməsi üçün saxlanılmışdı. Onlar daha sonra Seyrantepədəki “Hamidiye Etfal” Tədris və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilmişdi.
8 nəfərdə narkotik izləri aşkarlanıb
İstanbul təhlükəsizlik orqanlarından verilən məlumata görə, 8 məşhurun qanında və ya saçında narkotik maddə aşkarlanıb. Onların adları belədir:
Dilan Polat
Derin Dalu
Berrak Tüzünataç
Deren Talu
Birce Akalay
Kubilay Aka
Metin Akdülger
Kaan Yıldırım
İlkin ekspertiza nəticələrinə əsasən, Polat, Talu bacıları, Tüzünataç və Akalayın saç nümunələrində kokain maddəsinə rast gəlinib. Aka, Akdülger və Yıldırımın qan analizlərində isə esrar istifadəsini göstərən THC-COOH maddəsi aşkar olunub.
Bəzi məşhurların qanında yalnız dərman maddəsi olub
İstintaq zamanı bəzi məşhurların qanında yalnız dərman tərkibli maddələr aşkar edilib. Bunlara Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Sali Safter daxildir. Onların istifadə etdikləri preparatların “yaşıl resept”lə yazıldığı bildirilib.
“Təmiz” çıxan məşhurlar
Qanında və saçında heç bir narkotik və ya psixotrop maddə aşkarlanmadığı üçün “təmiz” hesab edilən məşhurlar da açıqlanıb. Onların adları bunlardır:
Duyğu Özaslan Mutaf
Demet Evqar Babataş
Mert Yazıcıoğlu
Zeynəb Meriç Aral
Ceren Moray Orcan
Hadisə Açıkgöz
Özge Özpirinçci Yamantürk
***
Bir neçə gün əvvəl İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində 12 məşhur saxlanılıb və onların ifadələri ilə yanaşı, qan nümunələri də götürülüb.
Musavat.com xəbər verir ki, ilkin ekspertiza nəticələrinə əsasən, Dilan Polat, Derin Dalu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qanında və ya saç nümunələrində narkotik maddə izləri aşkarlanıb.
Vilayət Jandarma Komandanlığı tərəfindən aparılan istintaq davam edir və hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Musavat.com
18 Oktyabr 2025
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ