İnsanlara hürriyət, millətlərə istiqlal!

12 ildən sonra İLK DƏFƏ - İki ölkə arasında mühüm addım atıldı

Suriyadakı vətəndaş müharibəsindən sonra Əsəd rejiminin Ərəb Dövlətləri Liqasına qayıtmasının müzakirə edildiyi bir vaxtda Suriyanın xarici işlər naziri Feysəl Mikdad 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına gedib.

Musavat.com xəbər verir ki, Ciddəyə gedən Mikdadı Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini qarşılayıb.

Səfər çərçivəsində iki ölkənin diplomatik missiyalarını yenidən aktivləşdirmək və qarşılıqlı uçuşlara başlamaq qərarına gəldiyi açıqlanıb.

Digər tərəfdən, Qətərin Xarici İşlər Nazirliyi ötən gün ərəb ölkələrinin Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması məsələsini müzakirə etmək üçün cümə günü Ciddədə görüşəcəyini açıqlamışdı.

Amerikanın “Wall Street Journal” qəzetinin xüsusi hesabatına görə, ittifaqın ən azı 5 üzvü Suriyanın qaytarılmasının tərəfdarı deyil. Qəzetə danışan mənbələrin sözlərinə görə, Mərakeş, Küveyt, Qətər, Yəmən və Misir birliyə qayıtmazdan əvvəl Əsədin “bütün suriyalılara öz müqəddəratını təyinetmə hüququ verməsini” görmək istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR