İnsanlara hürriyət, millətlərə istiqlal!

11 sentyabr terroru təkrarlana bilər - Senatordan həyəcan təbili

ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktının təkrarlanacağından narahatlıq ifadə olunur.

Musavat.com teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə senator Lindsey Qraham, “Fox News” telekanlına müsahibəsində bidlirib.

O, belə bir ssenarinin ABŞ Prezidenti Co Bayden administrasiyasının Əfqanıstanda etdiklərinə görə mümkün ola biləcəyinə diqqət çəkib.

Senator Pentaqonun sözçüsünə istinadən bildirib ki, yaxın 6 ay ərzində ABŞ Əfqanıstandan olan terrorçuların hücumuna məruz qala bilər.

Qrahm bildirib ki, Əfqanıstanda terrorçuların olmaması ilə bağlı iddialar yalandır.
“Əfqan missiyasının başa çatması ilə bağlı hesabat administrasiyanın özünü təmizə çıxartmaq cəhdidir”, - deyə senator vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR