İnsanlara hürriyət, millətlərə istiqlal!

11-ci sinif şagirdi idman edərkən faciəvi şəkildə vəfat edib

Abşeron rayonu, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi faciəvi şəkildə dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, 11-ci sinif şagirdi olan Roman Şahvələdli evdə idman edərkən ehtiyatsızlıqdan vəfat edib.

Bu barədə məlumatı vəkil Gülnar Nəzərli verib. Vəkil bildirib ki, Roman evdə idman zamanı karate kəmərindən istifadə edərkən ehtiyatsızlıq edib. Bu da onun dünyasını dəyişməsinə səbəb olub.

Məlumata görə Roman idman edərkən karate kəmərinin onun boğazına dolaşması nəticəsində vəfat edib.

Roman məktəbin nümunəvi şagirdlərindən biri olub. İdmana böyük marağı olan Roman uzun müddət imiş idmanla məşğul olurmuş.

Hadisənin baş verməsində cinayət tərkibi olmadığı üçün Abşeron Rayon Prokurorluğunun qərarı cinayət işinin başlanması rədd edilib. 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR