İnsanlara hürriyət, millətlərə istiqlal!

11 ayda narkotiklə bağlı 10281 cinayət qeydə alınıb

2022-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.


Bildirilib ki, onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR