İnsanlara hürriyət, millətlərə istiqlal!

100 min avro rüşvət, “Qatargate” BİABIRÇILIĞI ilə Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR - İlham Əliyev demişdi ki...

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb.

PARLAMENT.jpg (233 KB)

Müxtəlif lobbi qruplarının maraqlarına xidmət edən Avropa Parlamenti indiyədək dəfələrlə Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirib. 44 günlük müharibə zamanı da anti-Azərbaycan mövqeyindən qətnamələr qəbul edib.

Prezident İlham Əliyevin 2015-ci ilin sentyabrında Çex Respublikasının lideri Miloş Zeman ilə Bakıda keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər bu baxımdan diqqət çəkir: “Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıb. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın, imicini ləkələsin. Şəxsən bir prezident kimi, bu qətnamə mənim üçün kağız parçasından artıq deyil. Buna əhəmiyyət vermirəm”.

aziz.jpeg (273 KB)

Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli qətnaməsini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, AP-nin lobbiçilik üzərindən çox geniş “təcrübəsi” var:

“Bu “təcrübə” adətən böyük qalmaqallarla müşayiət olunub. Avropa Parlamentinin lobbiçilik üzərindən təhlilini aparsaq, 1950-ci illərdən, xüsusilə də 2000-ci illərə qədər lobbiçilik böyük rol oynayıb. 2010-cu illərdən sonra isə lobbiçiliyi müəyyən aktlarla tənzimləmiş oldular. Müəyyən akt dedikdə burada tövsiyələr nəzərdə tutulur. Hansı ki, lobbiçilər üçün davranış kodeksini qəbul etdilər. Lobbiçiləri ictimaiyyət üçün açıq olan xüsusi reyestrdə qeydiyyatdan keçməyə məcbur etmək məsləhəti verildi. Avropalı deputatların ofislərinin yerləşdiyi mərtəbələrə lobbiçilər buraxılmamalıdır kimi bir qayda təklif olundu. Lobbiçilərdən gəlir vergisi bəyannaməsini təqdim etmələri tələb olundu. Məlum oldu ki, bu gedişat Avropa Parlamenti tərkibində lobbizmin bir gəlir mənbəyidir.

Peşəkar hüquq firmaları, müstəqil məsləhətçilər çərçivəsində, ticarət sənaye assosiasiyaları, QHT-lər, “beyin mərkəzləri”, kilsələrin və dini icmaların təmsilçiləri, bələdiyyə təmsilçiliyi baxımından baxsaq, bir çox lobbi təşkilatlarını rəsmiləşdiriblər. Məsələn, Rusiyanın “Lukoyl” şirkətinin, Ermənistanın çoxlu sayda şirkətinin lobbiləri var”.

Ekspert qeyd edib ki, Avropa İttifaqında əsas lobbiçilər Fransanın “Coop de France” şirkətidir:

“Həmin şirkətin səhmlərinin 90 faizi erməni milyarderlərinin əlindədir. Aydındır ki, burada hansı ciddi proseslər gedir.

Digər maraqlı məqam ondan ibarətdir ki, deputatların rüşvət yolu ilə ələ alınması, korrupsiya faktları məhz ermənilər üzərindən həyata keçirilib və böyük korrupsiya qalmaqallarının ortaya çıxmasına səbəb olub.

2002-ci ildə Britaniyanın “Sunday” nəşrinin 3 jurnalisti Avropa Parlamentinin 60 üzvü ilə əlaqə saxlayıb və özlərini lobbiçi kimi təqdim edib, onlara 100 min avro rüşvət təklif edib, maliyyə qanunvericiliyində dəyişiklik təklifi verib. Təsəvvür edin, Avropa Parlamenti bunu qəbul edib. Bu, yüzlərlə faktdan biridir.

YEVA.jpg (69 KB)

İkincisi, “Qatargate” – Qətərin lobbiçiliyi ilə bağlı qalmaqal 2022-ci ildə baş verib. Qətər hakimiyyətindən pul alan Avropa Parlamentinin vitse-spikeri Yeva Kayli polis tərəfindən həbs olundu. Bütün bunlar çox böyük problemlərdən xəbər verirdi. Bu, ənənəvi olaraq Avropa İttifaqına xas bir məsələdir.

Şübhə yoxdur ki, korrupsiya ilə qarşılaşmış və Azərbaycana qarşı qərəzli, birtərəfli mövqe nümayiş etdirən Avropa Parlamentinin təxminən 400-500 deputatının təmsil olunduğu ölkələrin böyük əksəriyyətinin solçu, anarxist və liberal kəsiminin partiyalarından Məclisə gələnlər (xüsusilə Balkan və Şərqi Avropa ölkələrinə aiddir) birmənalı şəkildə erməni maliyyəsi ilə seçilənlərdir”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR