İnsanlara hürriyət, millətlərə istiqlal!

10 milyondan imtina etdi

Rusiyanın tanınmış aparıcısı Leonid Yakuboviç 10 milyon rubl (təqribən 160 min manata yaxın) qarşılığında bığını qırxmaqdan imtina edib.

Bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.

Bildirilib ki, noyabrın ortalarında Yakuboviçə Yeni il korporativ şənliyi ilə bağlı çəkiliş üçün bığlarını qırxmaq təklif olunub. Əyləncəli videoçarxda iştiraka görə məşhur “Pole Çudes”in aparıcısına 10 milyon rubl təklif edilsə də, o, bundan imtina edib.

Bununla yanaşı, adıçəkilən kanal 79 yaşlı L.Yakuboviçin Yeni illə bağlı korporativ şənliklərdə iştirakının dəyərinin ümumilikdə 2,75 milyon rubl olduğunu yazıb. (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR