Onlayn ictimai-siyasi qəzet
Bu gün Vanın Tuşba rayonunda 1 saat ərzində 3.2, 3.6, 4.1 və 3.2 bal gücündə zəlzələlər qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, hər hansı bir mənfi hal yaşanmasa da, zəlzələlər əhali arasında təşvişə səbəb olub.
Professor Ahmet Ercan X hesabında hadisəyə münasibət bildirib:
“Bu gün baş verən zəlzələlər tamamilə təbii və gözlənilən bir hadisədir. 2011-ci ildə Van şəhərində baş verən 7.2 bal gücündəki zəlzələnin qorxusu hələ də əhali üzərində qalmaqdadır və bu səbəbdən hər kiçik zəlzələdə insanlar həyəcan və gərginlik yaşayırlar.
Lakin bugünkü ardıcıllıqdan sonra böyük bir zəlzələ baş versə, təəccüblənərəm”.
Ercan bölgənin seysmik baxımdan çox aktiv olduğuna diqqət çəkib:
“Van yer qabığının sıx toqquşmalarının yaşandığı bir bölgədir”.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ