Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanı müharibə qanunlarını pozması bir daha sübut olunub.
Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə keçirilən açıq məhkəmə iclasında bu fakt sənədlər və sübutlarla təsdiqlənib. İclasda Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş terror aktlarının araşdırılması üzrə növbəti sənədlər təqdim edilib.
2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, Rusiyada istehsal olunmuş “Smerç”, “Elbrus” və digər müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində mülki vətəndaşların qəsdən öldürülməsi, yaralanması, əmlakına zərər vurulması və infrastrukturun dağıdılması faktları üzrə dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən hadisə yerinə baxış protokolları və ekspert rəyləri elan olunub.
Bu bardə daha ətraflı AzTV-nin təqdim etdiyi süjetdə:
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ