İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur çipslərdə DƏHŞƏTLİ maddə aşkarlandı - XƏRÇƏNG YARADIR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Musavat.com xəbər verir ki, açıqlamada deyilir:

"Bəzi xəbər saytlarında Belçika Qida Təhlükəsizliyi Agentliyinin (FAVV) məlumatı əsasında "Carrefour Sensation" brendinə aid "Paprika" dadlı çipslərin tərkibində uyğunsuzluğun aşkarlanmasına dair məlumat paylaşılıb.

Bu səbəbdən həmin məhsulun satışının qadağan edilməsi və geri çağırılması ilə bağlı yayılmış məlumatlar araşdırılıb və bildirilir ki, uyğunsuzluq aşkarlanan həmin məhsullar ölkəmizə idxal olunmayıb. Bununla bağlı heç bir narahatlığa əsas yoxdur".

***

Belçika Qida Təhlükəsizliyi Agentliyi (FAVV) "Carrefour Sensation" brendinə aid "Paprika" dadlı çipslərin tərkibində insan sağlamlığı üçün təhlükəli sayılan yüksək miqdarda akrilamid maddəsinin müəyyən edildiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən məhsulun satışdan dərhal geri çəkilməsinə qərar verilib.

FAVV və Carrefour rəhbərliyi əhaliyə xəbərdarlıq edərək bu çipsləri istehlak etməməyi və onları ən yaxın Carrefour mağazalarına təhlükəsiz şəkildə qaytarmağı tövsiyə edib. Qərara əsasən, məhsul təkcə Belçikada deyil, onun satıldığı digər ölkələrdə, o cümlədən Türkiyədə də toplatdırılacaq.

Xatırladaq ki, akrilamid maddəsi əsasən nişastalı məhsulların yüksək temperaturda bişirilməsi zamanı əmələ gəlir. Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) məlumatına görə, bu kimyəvi maddə orqanizmdə qlisidamidlə birləşərək DNT-yə zərər verə, xərçəng riskini artıraraq sinir sisteminə mənfi təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR