Onlayn ictimai-siyasi qəzet
Tulane Universitetinin araşdırmalarına görə gündə 30 qram qara şokolad yeyə bilərik, ziyanı yoxdur.
Açığı, bu xəbəri ilk oxuyanda elə zənn etdim kimsə bizi ələ salır, yoxsa bu nə ali məktəb adıdır? Tulane nədir? Sanki universitetə girmək istəyənlərə “tullan e” deyirlər. Bu isə hazırda respublikamızda yaşanan elm, təhsil, bilik, ziya, intellekt, müdriklik bumuna qətiyyən yaraşmır. Universitetin adı Narxoz olar, Azi olar, Api-Lenin, Api-Axundov olar... Elə müəllimlərin son sertifikat imtahanında kəsilənlərin sayının 4500 nəfərə çatması təhsilə hörmətimizin əlamətidir.
Sonra axtardım, sən demə həqiqətən ABŞ-da belə universitet vardır. Yoxsa biz yalan oxumağa dözmürük.
Yeri gəlmişkən, sonra sertifikat əhvalatına rəhbərlikdən açıqlama gəldi, dedilər bir az yanlış anlaşılma olubdur, əslində bütün ibtidai sinif müəllimləri kəsilməyib. Sadəcə, bunlar təkrar imtahan verirmiş. 7500 nəfər əvvəl kəsilibmiş, indi bunlardan 4500-ü dəxi zay çıxıbdır. Mən belə başa düşdüm, hər halda.
Sevindiricidir. Təkrar kəsilməkləri ürəyimizə sakitlik gətirdi. Özü də cəmi 15 ildən çox müəllim işləyənləri varmış. Nə qədər edir ki? Hər ibtidai sinif müəllimi 1 sinifi götürüb 4 il dərs keçirsə, 15 ilə uzağı 4 sinif fırlada bilər. Hər sinifdə 20 şagirddən götürsək – qanuna görə sinifdə şagird minimumu bu qədərdir – 4500 müəllimin 15 ildə kor qoyduğu uşaq sayını hesablamaq elə çətin deyil: 4500 x 4 x 20= 360 000 şagird. Azdırmı, çoxdurmu, bunu da müqayisəli üsulla öyrənə bilərik. 2022-ci ildə 1-ci sinifə gedən uşaqlarımızın sayı 152 min olub, 2023-cü ildə isə 123 min. Yəni, 15 ildə orta hesabla, ən azı 2 buraxılış ibtidai sinifin tam zay məhsul olmaq ehtimalı vardır. (Sözgəlişi, 2021-ci ildə birinci siniflərin sayı 158 min uşaq olub. 2020-ci ildə isə 165 min 500. Gördüyünüz kimi, burada da ildən-ilə azalma özünü çılpaq şəkildə göstərir: 165 – 158 – 152 – 123... Yəqin hökumət xalqa uşaq pulu verməmək prinsipində buna görə dirənib. Çünki bu gedişlə axırda uşaq doğulmayacaq, pul da istəyən olmayacaq).
Kəşfiyyatçı dostum İlham Ağalarla söhbət eləyəndə ağlımıza gəldi, maraqlıdır ki, bizdə ibtidai siniflərin dərslikləri ibtidai sinif müəllimlərinə sertifikat imtahanında verilən suallardan daha çətindir. Belə çıxır 4-cü sinifi normal savadla bitirən istənilən uşaq bu kəsilən müəllimlərin yerində dərs keçə bilərmiş. Maraqlı eksperimentlərə görə təşəkkür edirik.
Universitetin ismi-şərifi bizi azdırıb gör haralara apardı... Qara şokoladı gündə 30 qram yemək keçmişdə qaldı. Ümumiyyətlə, ucuz şokolad tarix olur. Bütün dünyada şokolad xammalı yetişdirilən ölkələrə quraqlıq, ekoloji böhran yaşanırmış. Yəqin bundan sonra şokolad əvəzinə şokolad əvəzedicisi yeyəcəyik. Kərə yağı tipində: “Şokolad iyi verən maddə”. İndiki uşaqlar bilməz, vaxtilə biz fıstığı da ucuz alardıq. Hazırda fıstıq qızıl qiymətindədir. Dənə ilə satılır. Camaat toya gedəndə gəlinin paltarına 100 qram fıstıq taxır.
Kaş bu xəbəri Tullan Universiteti bizə əvvəlki illərdə versəydi... Gör nə qədər şansları, fürsətləri (çaşıb püstələri yazmışdım) əldən vermişik. Şair demişkən, ötən günlərin şokoladlarını geri qaytaraydılar, gələn günlərin konfetlərini qurban verərdik.
Təkcə bu problemlər deyil ki... Yenə bir araşdırma oxudum, deyir, badımcanın ən dadlı hissəsi saplağıdır. Biz isə onu kəsib zibil qabına atmışıq. İqtisadiyyatımıza filan qədər ziyan vurmuşuq, biz niyə ölmürük?
Amma nemətləri bu cür ayaqlayaraq getsək öləcəyik, əmin olun. Yay gəlir, qarpızı qabıqlı yeməyi öyrənməliyik. Gündə 30 qram. Bu, insanda dözümlülüyü artırır. Azca qulaq da uzanır, ancaq ziyanı nədir? Tik-tok videolarını daha yaxşı eşitmək olar.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ