İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi qələbə üçün bilet

“Xoşbəxtlik pulda deyil, onun miqdarındadır”

(ingilis yumoru)

Dövlət şirkətlərindən biri olimpiadada qalib gələn yoldaşlara pulsuz bilet hədiyyə edib, zəhmətkeşlərimizin bəziləri bundan narazı qalmışdır. Deyirlər o boyda şirkətə belə balaca hədiyyə yaraşmır. Gərək illik, bütün istiqamətlərə bilet veriləymiş. 

Məncə? bu da azdır. Təklif edirəm ömürlük bilet verilsin. Çempionların təkcə özlərinə yox, bütün qahım-əqrəbalarına da. Məşqçilərinin nəvə-nəticələrinə qədər. Hətta çempionun kəndçilərinə fərdi maşın ayrılmalıdır, təbii ki, dövlət hesabına. 

Əziz yoldaşlar, vallah, mən sizin məntiqinizi anlamıram. Kiməsə böyük hədiyyələr veriləndə eyni adamlar ağlaşma qururlar, deyirlər dövlət əmlakı dağıdılır, bu nə israfçılıqdır, ay haray, uşaq pulu, pensiya yaşı, əməkdar artistin təqaüdü, AYB qurultayı və sairə və ilaxır. İndi dövlət şirkəti haqlı olaraq, bəlkə həyatında ilk dəfə dövlət pullarını qənaətlə xərcləmişdir, “xəsis”, “simic” damğasının biri bir qəpikdir. 

Molla Nəsrəddinin bir lətifəsi var, eynilə onun vəziyyətidir. Molla Nəsrəddinlə oğlu səfərə çıxırlar. Molla uşağı eşşəyə mindirir, özü piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir: “Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. Sağlam cavan eşşəyə minib, ancaq yazıq qoca piyada gedir”. Bu sözdən utanan uşaq düşür, molla eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara baxın! O boyda kişi eşşəyə minib, yazıq uşaq isə piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir. Yenə bir topa adam rast gəlir: “Vay-vay... İki adam minib eşşəyə, yazıq heyvanın nəfəsi kəsilir”. Camaatın sözünü kəsmək üçün bu dəfə nə molla, nə də uşaq eşşəyə minir. Piyada yola düzəlirlər. Qarşıdan gələn digər dəstə deyir: “Bu axmaqlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər”. 

Lətifə bununla bitmirdi ki? Axırda molla hirslənirdi, uzunqulağı özü belinə alırdı.

Təbii ki, biz hələ axırıncı mərhələyə çatmamışıq, heç kim heç nəyi dalına almayacaqdır, bu deyinmələr də sakitliklə başa çatacaqdır. Ancaq mən səmimi etiraf edim, şəxsən bu çempion hay-küylərini anlamıram. Kimsə yarışı qazanıb, afərin. Alqışlayırıq. Uğurdur, bayrağı qaldırıb, himn oxunub və sairə. Lakin bütün hallarda bu qalibiyyətlər şəxslərin uğurlarıdır. Dövlət isə müəyyən məbləğdə mükafat ödəyib əslində öz milli atributlarının, simvollarının reklam haqqını verir. 

İdmana gələndə, tibbi-fizioloji baxımdan da idmanla peşəkar şəkildə məşğul olmaq sağlamlığa daha çox ziyandır, nəinki xeyirlidir. Hətta bəzən görürsən kimsə deyir: “Filankəs tarixi qələbə qazandı”. Pah. Hansı tarixdən söhbət gedir? Yox, əşşi, bəşəriyyəti xilas etmişdir... Keçən dəfəki olimpiadada çempion olanların neçəsinin adı dünya xalqlarının dilində əzbərə dönmüşdür? 

İdman oyunlarına, adından göründüyü kimi, oyun olaraq baxmaq lazımdır, vəssalam. Uşaqlar, gənclər sağlam böyüsün deyə daha çox idman qurğuları düzəltməliyik, kasıb əhalinin bu qurğulara çıxış imkanları olmalıdır. 

Təzəlikcə Abşeron yarımadasında bir restoranda (adı nəsə “Skelet”ə oxşayırdı - yəqin müştərilərin içəridən sümüyü çıxdığı üçün) adamın dərisinə saman təpmiş, 1 kilo qarpızı 492 kilo qarpızın puluna satmışdılar. O da şikayətlərini jurnalistlərə bəyan etmişdi. 

Halbuki niyə ağlaşma qururuq? Ucuz ətin şorbası olmaz məsəlini elə biz düzüb-qoşmuşuq. Bura Şərqdir, burada bahalılıq həmişə yüksək hörmət əlaməti sayılır. Adamları geyiminə görə qarşılamışıq, ağlımız olmadığı üçün. Elə ağlımız olmadığı üçün də həmin adamları ağlına görə yola sala bilməmişik, əksinə, girib evimizin daimi sakinləri olmuşlar. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024