Onlayn ictimai-siyasi qəzet
Universitetlərə qəbul imtahanlarında rekord göstərici qeydə alınmışdır. 53 nəfər ilkin etapda 300 bal yığıbdır. Bundan qabaqkı bir-iki ildə heç 1 nəfər də 300 bal yığan olmazdı. Deməli, təhsilimiz inkişaf edir! Fantastik uğur münasibətiylə bütün pedaqoji-müəllim heyətini, repetitorları, məktəb direktorlarını, Məzahir Pənahovu təbrik edirəm. Mən təxmin edirəm ki, bu gedişlə sentyabrdan Oksford və Kembricdə yaşayan camaat uşaqlarını kütləvi şəkildə gətirib Qəbələnin Vəndam kənd orta məktəbinə, ya da Biləcəridəki 300 nömrəli rus-tatar məktəbinə yazdıracaqdır. Artıq dünyada hər kəs anlayır, Azərbaycanda təhsil almaqla elmin üfüqlərinə yelkən açmaq mümkündür!
Zarafat bir yana, 53 nəfərin ən yüksək balı toplamasının səbəblərini heç kəs dəqiq qanmır. Hərə bir cür izah edir. Biri deyir hökumət əvvəlki illərdən nəticə çıxarıb, sualları asanlaşdırıb ki, hamı ali məktəbə girsin. Biri deyir Misi müəllimin kurrikulumu nəhayət bitibdir, indi uşaqlar ayrı sistemlə oxuyur. Üçüncüsü planlı sovet iqtisadiyyatına qayıtmağımızla əlaqələndirir. Köhnə oxucuların yadında olar, o vaxt beşillik planı üç ildə və artıqlamasilə yerinə yetirmək, YAP-ın... üzr istəyirəm, Kommunist Partiyasının 25-ci qurultayının qərarları uğrunda sosial əmək yarışmasına qoşularaq öhdəlik götürmək və sairə belə şeylər vardı. Bir qoyundan ildə 3 bala almaq, pambıqda milyon tona çıxmaq, hər anadan 10 uşaq əldə etmək adi hal idi. Nəticədə orta məktəblərin birində qəribə hadisə yaşanmışdı: direktor yuxarılara təntənə ilə xəbər verir ki, bu il şagirdlərimiz 110 faiz nəticə ilə planı doldurmuşlar. Hamı alqışlayır, lakin kiminsə ağlına gəlir, soruşur: “Əziz yoldaşlar, əgər bu məktəbdə bütün şagirdlər əla qiymət alsa, bu, təhsilin 100 faiz uğurlu olmasıdır. Bəs 110 faiz necə əldə edilib?”
Kommunist sözünü yazdım, o vaxt bizim məktəbdə bunun açması qeyri-rəsmi olaraq belə idi: “Köpəy Oğlu Mürsəl Müəllim, Uşaqları Niyə İncidirsən, Səni Tutarlar”. Bizim məktəbdə Mürsəl adlı müəllim yox idi, ona görə mən uzun illər ölkəmizin başqa məktəblərində Mürsəl adlı müəllim axtardım. İşin qəribəliyinə baxın ki, 1993-cü ildə kəndimiz işğal ediləndə ailəmizi yerləşdirmək üçün yolüstü kəndlərdə məktəb axtarırdıq, qardaşımla bir sinifdə tarix dərsini qovub ailəni yerləşdirdik. Bayıra çıxanda məktəbin adına baxdım, gördüm yazılıb: “Mürsəlli kənd orta məktəbi”.
Heç bu niyə yadıma düşdü, bilmirəm. Qəribə həyatdır də.
Sözgəlişi, rus qoşunlarının Azərbaycandan çıxarılması yaxşı haldır, indi qalır içimizdəki “rus ordusunu”, imperiya virusunu çıxartmaq. Məsələn, hələ də xeyli adam “yev”, “ov”, “yeva”, “ova” soyadları daşıyır. Uşaqlarını rus sektoruna qoyurlar. İş yerlərinə rusca bilənləri götürürlər. Puşkinin heykəlini ziyarət edirlər. Buna son qoyulmalıdır. Ən azı, “20 yanvar Şəhidləri” xiyabanından ayıbdır.
Həmçinin, o da ayıb işdir ki, özümüzdə bu boyda iqtisadi imkanlar, perspektivlər ola-ola gənclərimiz Rusiya kimi geridə qalmış, orta əsr dövlətinin küllüklərində eşələnməyə, bir parça çörək dalıyca düşüb Putinə yalvarmağa məcburdur. Hesab edirəm bu işi də qarşıdan gələn partiya qurultaylarında həll etmək vacibdir.
Əvvələ dönsəm, məncə ən məzəli izahlardan birini hansısa təhsil eksperti vermişdi. Deyir indi sualları dərsliklərə uyğun hazırlayırlar, uşaqlar uğur qazana bilir. Sən demə, qabaqkı illərdə dərslikdə olmayan suallar verilirmiş.
Bilmirsən, indi buna nə ad qoyasan?
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ