Onlayn ictimai-siyasi qəzet
Rusiyada yazıçı Saltıkov-Şedrinə və ya tarixçi Karamzinə aid edilən populyar bir söhbət var: “Əgər mən yüz il yatsam, oyananda Rusiyada nə baş verdiyini soruşsalar belə cavab verərəm: içirlər və oğurlayırlar”.
İçmək hissəsində problemlərimiz var, üstəlik hökumət spirtli içkilərin aksiz vergilərini günü-gündən qaldıraraq uca millətimizin sağlamlığı qayğısına qalır, ancaq oğurlamaq məsələsində bizdə eyni vəziyyətdir.
Təbii ki, bunun elmi səbəbləri var, ilk növbədə monopoliya oğurluğun birinci səbəbidir, üzərində çox dayanmaq istəmirəm. Ümumiyyətlə, bizim ölkədə səbəb araşdırmaq, problemin nədən yarandığını göstərmək qədər mənasız, xeyirsiz iş yoxdur. Nəyə görə? Çünki sən səbəbi tapanda səni o səbəbi yaradanın yanına göndərirlər. Ona görə də prosesi öz axarına buraxaq. Harda qırılar - qırılar. Biz oğurluq mənzərələrini seyr edib ləzzət alaq.
Ağsu mərkəzi xəstəxanasının əməkdaşları saxta əlillik dərəcələri vermək üçün müxtəlif şəxslərdən 126 min rüşvət alıblar.
Gəncə xəstəxanasının işçiləri 36 nəfərin maaşını mənimsəyiblər.
Talassemiya xəstəsi uşaqların valideynlərini aldadıb 1 milyon manatı yeyən vəzifəli şəxslər məhkəməyə çıxarılıb.
500 milyon manatlıq qanunsuz pul köçürmələrində vergidən yayınıblar.
Dövlət vəsaitlərini mənimsəyən, satınalmalarla bağlı rəqəmləri şişirdən idarələrin adları açıqlanıb:
Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2, 4, 8 (sanatoriya tipli) , 12 nömrəli internat məktəbləri;
“Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;
Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru;
Respublika Uşaq Sanatoriyasının baş həkimi;
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;
TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru;
Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;
Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;
Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi.
Gördüyünüz kimi, milli oğrularımız bütün sferaları əhatə edirlər. Hələ bura milli ordudan - Nəcməddin müəllimin dəstəsindən ələ keçənləri yazmadım. Rəngarəngdir, spektrin bütün çalarları vardır. Oğruların vəzifəsini yazdım, lakin adlarını yazmadım. Guya nə fərqi var? Həsən olmasın Məmməd olsun. Nəsə dəyişməyəcək. Hamı oğurlayır. Sistemli şəkildə. Oğurlamaq şərəf, namuslu yaşamaq axmaqlıq sayılır.
Ancaq oğurluqların bir-ikisindən detalları yazaq, oxuculara aydın olsun. (Həm də yol xəritəsidir - kiməsə lazım olar. Axı hamının balası var).
Məsələn, istər-istəməz şübhə yaranır ki, Cavidin ev muzeyindən nə oğurlamaq olar, yetimin özü Sibirdə çürüyüb. Amma çobanın könlü olsun... Muzeyin direktoru guya Cavidlə bağlı kitabları nəşr etmək adıyla dövlətin 12 min manatını əkişdirib.
Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi isə “abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb”.
Əla deyilmi? Şamın pulunu artıq yaz, yellən özün üçün.
Amma məncə ən xarakterik korrupsiyanı Opera-baletin direktor müavini edib. Sitat: “Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Direktor müavini şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib”. Sitatın sonu.
Əsl dekorativ korrupsiyadır. Bütün işlərimiz kimi. Sən də elə bilirsən baletdə yalnız arıq növcavanlar darbalaqla oynaşırlar. Burda da qəşəng pul var. Barmağının ucunda gəl, apar...
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ