Onlayn ictimai-siyasi qəzet
“Problemlər səni dibə çəkirsə, yuxarı bax!”
(2009-cu ilin “Yuxarı” (“Up”) animasiya filmindən)
1 iyunun uşaqları müdafiə günü olması ilə bağlı deyil, ümumiyyətlə son həftələrdə mən çoxlu hava şarı görürəm. Bakı şəhərinin üzərində hara baxsan şar uçur. Mavi, sarı, ağ, qırmızı, hətta qara şarlar... Bunları məktəblilər uçururlar. Orta məktəb məzunları məktəb həyətlərində, park və küçələrdə şar uçurdaraq təhsilin başa çatmasını qeyd edirlər. Bəzi pullu məktəblilər və direktorlar hətta deyəsən göyərçin uçurdur. Amma əsasən uçan şardır. Bu ənənəni kim yaradıb, mənə məlum deyil. Hava şarı nə üçün şənlik, bayram rəmzidir? Niyə bizim ana dilimizdə “uçmaq” feili həm havalanmağı, gözəl duyğuları, həm də dağılmağı, məhv olmağı ifadə edir? Qədim türklər cənnətə də “uçmaq” deyirdilər.
İşin beynəlxalq xüsusiyətləri də vardır - sarsaq geopolitikaçılar demişkən. Dünən xəbər lentində iki Koreya arasında yaşananları görəndə qarnımı tutub güldüm. Bilirsiniz, orda Cənubi Koreya rəsmən Koreya Respublikası adlanır, demokratik, liberal bazar iqtisadiyyatlı, dünyanın həm iqtisadi, həm mədəni baxımdan ən inkişaf eləmiş bölgələrindən biridir. “K-pop” musiqisi, Koreya filmləri, Koreya gəmiqayırması, Koreya avtomobilləri... Cənubi Koreyanın uğurları, dünya trendləri saymaqla bitmir. Şimali Koreyaya gəlsək, rəsmən Koreya Xalq Demokratik Respublikası adlanır. Oranı isə yalnız repressiv, qapalı, totalitar monarxiya rejimi ilə tanıyırlar. (Yeri gəlmişkən, dünyada adında “demokratik” sözü olan dövlətlərin heç biri demokratik deyil. Bu da başqa anekdot və taleyin ironiyasıdır). Koreya yarımadası xalqların hər hansı birinin seçilmiş olmadığının, yalnız siyasi-iqtisadi inkişaf modeli sayəsində ya yüksək səviyyəyə çatmasının, ya uçuruma yuvarlanmasının canlı örnəyidir. Pis xalq yoxdur, pis idarəetmə var - qısa yazsam.
Nəhayət gələk ordakı qroteskvari hadisəyə. Cənubi Koreyadanın bəzi adamlar vaxtaşırı hava şarına kitab-dəftər, içində cürbəcür filmlər olan “fleşkalar” bağlayıb Şimali Koreyaya uçururmuş. Çünki Şimalda repressiv senzura var, xalq internetə belə azad girmir. SSRİ-nin bərbad variantı yazaq, təsəvvür eləyin. (Onu da yaşlı adamlar. Gənclər başa düşməz. Hələlik).
Şimal rejimi bu azadlıq mesajlarına qarşı bir neçə dəfə xəbərdarlıq edib, iki gün qabaq isə qarşı tədbirə əl atıblar: Şimaldan Cənuba hava şarları uçub. Bu şarların ipinə isə... zibil torbaları bağlanıbmış. Ən azı 150-yə yaxın, olduqca böyük ağırlıqda zibil, peyin, insan nəcisi doldurulmuş torbalar şarlar vasitəsiylə Cənubi Koreya tərəfə səpələnib.
Necə deyərlər, varını verən utanmaz. Hərənin nəyə gücü, imkanı çatırsa... Cənubda mədəniyyət, azadlıq var, ona görə şara kitab, kino bağlayırlar. Şimalda totalitarizmin ... -püsüründən başqa “məhsul” yoxdur.
Bugünlərdə bir təəccüblü rəqəmə, statistikaya rast gəlmişdim. Sən demə son 3-4 ildə ABŞ-ın Meksika ilə sərhədindən 27 min nəfərə yaxın Özbəkistan vətəndaşı, qeyri-rəsmi miqrant keçibmiş. Yazıq özbək qardaşlarımızı dərə-təpəyə, çöllərə düşməyə məcbur edən nədir? Niyə daha bir türk kimlikli qardaşlarımız xoşbəxtliyi yad diyarda axtarmağa məcburdur? Əlbəttə, bu tip sualların cavabı prezident Şavkat müəllimin 2 milyon dollarlıq saat taxan kürəkəninin qolunda aşkara çıxır. Halbuki orda İslam Kərimovdan sonra nə qədər ümidlənmişdilər. Boş imiş.
Bəs Azərbaycandan nə qədər adam xaricə qaçır? Sərhədlər azca açıq olsa, miqrasiya necə sürətlənər? Bunun cavabını məndən yaxşı bilirsiniz.
Yəqin şar uçurdan məktəblilər də səmaya o həsrətlə baxırlar.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ